Bakı. Trend:
Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətliartım nümayiş etdirir.
Trend-in məlumatına görə,bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ÖzbəkistanınMüstəqillik Gününü qeyd edərkən deyib.
"Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıqəlaqələrimizin əsas prioritetlərindəndir. Bu ilin 7 ayı ərzindəqarşılıqlı ticarət dövriyyəsi 28% (135,4 milyon ABŞ dolları) artıb.Qarşıya qoyulan vəzifələrə uyğun olaraq dövlətlərimizin başçıları,hökumətlərimiz bu istiqamətdə zəngin potensialımızınreallaşdırılması üçün ardıcıl səylər göstərirlər”.
Şahin Mustafayev qeyd edib ki, iki ölkə rəhbərlərinin hər ikiölkənin biznes strukturlarının nümayəndələri ilə avqust ayında baştutan görüşü bu baxımdan xüsusi diqqətə layiqdir.
“Ölkələrimizin prezidentləri 2025-ci ilin “Azərbaycan vəÖzbəkistan arasında iqtisadi əməkdaşlıq ili” elan edilməsi barədərazılığa gəliblər.
Onun sözlərinə görə, eyni zamanda, bir müddət əvvəl 500 milyonABŞ dolları nizamnamə kapitalı ilə yaradılmış Birgə İnvestisiyaFondu da bu məqsədlərə xidmət edir.
“Sevindirici haldır ki, konkret layihələr artıq Fonda təqdimolunub”, - deyə baş nazirin müavini əlavə edib.