AZ

"Liverpul" "Sevilya"nın müdafiəçisi ilə maraqlanır

"Sevilya"nın müdafiəçisi Xuanlo Sançes "Liverpul"un diqqət mərkəzinə düşüb.

90deqiqe.Az xəbər verir ki, "qırmızılar" sözügedən futbolçunu gələn yay İngiltərəni tərk edərək "Real Madrid"ə keçəcəyi gözlənilən müdafiəçisi Trent Alexander-Arnolda əvəzləyici olaraq görür.

X.Sançesin müqaviləsi 2026-cı ildə başa çatır və gələn yay futbolçunu transfer edərək pul qazanmaq üçün yaxşı fürsət var. Əndəlüs təmsilçisi 21 yaşlı futbolçu üçün ən azı 20 milyon avro qazanmaq istəyir.

 "Sevilya"nın baş məşqçisi Qarsiya Pimienta isə bu transferin əleyhinədir. Mentor hesab edir ki, futbolçu yeni müqavilə təklif etməlidir.

Ümumilikdə, Sançes əsas komandada 44 oyun keçirib.

Seçilən
12
90deqiqe.az

1Mənbələr