AZ

ABŞ İrana zərbə endirmək imkanını nəzərdən keçirir

“İranın raket hücumuna təkcə İsrail deyil, ABŞ da cavab vermək variantlarını nəzərdən keçirir”.

Bakupost.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell analitik Karnegi Fondunda müzakirələr çərçivəsində çıxışı zamanı deyib.

Amerikalı diplomat yəhudi dövlətinin üzləşdiyi təhlükəsizlik çağırışları fonunda İsrailin cavabının legitimliyini etiraf edib.

Eyni zamanda diplomat münaqişənin gərginləşməsinin real təhlükəsi olduğu barədə xəbərdarlıq edib. O, həmçinin qeyd edib ki, Vaşinqton İsrail ordusunun Livanda uzunmüddətli əməliyyatında maraqlı deyil və bu məsələ yaxın günlərdə Qüdslə müzakirə olunacaq məsələlərdən biri olacaq.

“Regionda vəziyyət həqiqətən də uçurumun astanasındadır. Vəziyyətin daha da gərginləşməsi və uzun müddətli qarşıdurma ehtimalı var”, - Kempbell deyib.

Eyni zamanda, o qeyd edib ki, Yaxın Şərqdə münaqişənin uzanması təkcə İsrailin deyil, həm də ABŞ-ın regiondakı trateji maraqlarını təhlükə altına alır.

Zaur, BakuPost
Seçilən
209
bakupost.az

1Mənbələr