AZ

ÇL matçını buraxa bilər

“Real”ın qapıçısı Tibo Kurtua zədələnib.

O, La Liqanın 8-ci turunun “Atletiko” ilə matçında (1:1) sıradan çıxıb. Madrid klubunun yaydığı məlumatda 32 yaşlı qolkiperin sol ayağından zədə aldığı bildirilib. Bu səbəbdən onun Çempionlar Liqasının 2-ci turunun “Lill” ilə oyununda iştirakı sual altına düşüb.

Xatırladaq ki, derbi matçında meydan sahiblərinin azarkeşləri Tiboya yad əşyalar atıblar. Bu səbəbdən oyun dayandırılıb. Azarkeşlərdən bir neçəsi qolkiperə hücum etmək istəyib. Mühafizə xidməti onlardan birinin üzərində bıçaq aşkarlayıb. Azarkeşin Kurtuaya zərər verməsinin qarşısı alınıb. Matç 20 dəqiqəlik fasilədən sonra davam etdirilib.

Seçilən
18
football-plus.az

1Mənbələr