Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II tur oyunlarına yekun vurulacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ikinci oyun günündə də 9 görüş keçiriləcək."Real" səfərdə "Lill"in, "Yuventus" isə "Leypsiq"in qonağı olacaq. "Benfika" "Atletiko"yla, "Liverpul" "Bolonya" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Liqa mərhələsində III tur 22-23 oktyabrda keçiriləcək.
Çempionlar Liqası
Liqa mərhələsi, II tur
2 oktyabr
20:45. "Jirona" (İspaniya) – "Feyenord" (Niderland) - 0:0
20:45. "Şaxtyor" (Ukrayna) – "Atalanta" (İtaliya) - 0:0
23:00. "Aston Villa" (İngiltərə) – "Bayer" (Almaniya)
23:00. "Lill" (Fransa) – "Real" (İspaniya)
23:00. "Leypsiq" (Almaniya) – "Yuventus" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) – "Bolonya" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Monako" (Fransa)
23:00. "Şturm" (Avstriya) – "Brügge" (Belçika)