AZ

Ukraynanın piyada qüvvəsi tükənir – Donetsk ruslara təslim olur

Rusiya ordusu Donetsk bölgəsində irəliləyir, çünki Ukraynanın ciddi piyada qüvvəsi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti Yevgeni İyevlev “Espresso”ya deyib.

“Piyadalar olmadan mövqeləri saxlamaq mümkün deyil. Düşmənin irəlilədiyi xətlərdə çoxlu sayda texnika məhv edilib. Bu, Rusiya ordusuna ciddi zərbədir. Ancaq əsas sual budur: piyadalar olmasa, o zaman mövqeləri kim saxlayacaq?”, - zabit bildirib.

Onun fikrincə, piyadaların olmaması səbəbindən cəbhədə durum rusların xeyrinə dəyişir. Hərbçi hesab edir ki, bu problemi aradan qaldırmaq üçün diqqəti səfərbərliyə yönəltmək lazımdır.

“İndi rusların cəbhədəki irəliləyişindən hamı danışır. Donetskdə elə dinamik hərəkət edirlər ki, belə bir durumu aprel ayından Avdiv uğrunda gedən döyüşlərdə görmüşdük. İndi yeganə problem odur ki, çox ciddi piyada çatışmazlığı var”, - İyevlyev vurğulayıb.

Rusiya ordusu uzun müddətdir Ukraynanın şərqində irəli atılmağa çalışır. Ukrayna rəsmiləri və ekspertlərinə görə, Rusiyanın əsas məqsədi bütün Donbasa nəzarəti ələ keçirməkdir.

Ruslar son həftələrdə Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini ələ keçirə biliblər. Sentyabrın 30-da Krutıy Yar və Krasnıy Yar kəndləri işğal edilib. Artıq Ukrayna qoşunlarının rus ordusunun girdiyi Uqledar şəhərindən geri çəkilməsi barədə məlumat yayılıb. Paralel olaraq, rusların aktiv həmlələr etdiyi Çasiv Yar və Pakrovsk şəhərləri də boşaldılır. Rusiya qoşunları Pakrovskun 9 kilometrliyindədir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
71
1
teleqraf.com

2Mənbələr