AZ

Ağır xərçəngə qalib gəldi, 100 yaşını qeyd etdi — Sabiq prezidentin sirri açıldı

"İmmunoterapiya ABŞ-ın keçmiş prezidenti Cimmi Karterə xərçəngə qalib gəlməyə və 100  yaşını qeyd etməyə kömək etdi".

Demokrat.az
xəbər verir ki, bunu onkoloq Cedd Volçok deyib.

Mütəxəssisin sözlərinə görə, əvvəllər Karter kimi diaqnoz qoyulan insanlar - beyində metastazları olanlar - altı aydan çox yaşaya bilmirdi. Amma siyasətçi xəstəliyə qalib gəlib və 100 yaşını qeyd edib. Həkim bunun sirrinin son illərdə xərçəngin müalicəsində fəal şəkildə istifadə edilən immunoterapiyada olduğunu vurğulayıb:

"Xüsusi bir immunoterapiya növü nəzarət məntəqəsinin blokadası adlanır", deyə Volçok bildirib.

O izah edib ki, bu müalicə insan immun sistemini saxlayan molekulyar qırılmaları kəsir.

İyul ayında sosial şəbəkələrdə ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin ölüm xəbəri yayılsa da, yalan çıxıb. Ötən gün o, 100 yaşını qeyd edib. Bununla da sabiq prezident tarixə düşüb. O, bu yaşa çatan ilk Amerika prezidenti olub.

Cimmi Krater 2019-cu ildə Corc H.V. Buşu (Böyük Buş) qabaqlayaraq, ən uzun müddət yaşayan Amerika dövlət başçısı olmaqla tarixə düşmüşdü. Corc Buş 30 noyabr 2018-ci ildə 94 yaş 171 günlüyündə vəfat edib. 

Karter siyasətə 1950-ci illərdə Demokratlar Partiyasına qoşularaq daxil olub. 1962-ci ildə Corciya Ştat Senatına seçilib və 1971-ci ildə ştatın qubernatoru olub. 1976-cı ildə prezident seçkilərində Respublikaçı prezident Cerald Fordu üstələyərək qalib gəlib. 1980-ci Ağ Evi Ronald Reyqana uduzaraq seçkiləri uduzub. Karter siyasət tərk edib və 1946-cı ildə evləndiyi həyat yoldaşı Rozalin ilə birlikdə Karter Mərkəzi xeyriyyə fondunu yaradıb. 

Karter sonuncu dəfə ötən ilin sonunda həyat yoldaşının dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb.

Jalə
Demokrat.az
Seçilən
62
demokrat.az

1Mənbələr