AZ

İsrailin Quterreşi persona non-qrata elan etmək qərarına ABŞ-nin reaksiyası

Vaşinqton İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non-qrata elan etmək qərarını əks-məhsuldar hesab edir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çıxış edib.

"Biz bu addımı heç bir aspektdə məhsuldar hesab etmirik", - Miller deyib.

Qeyd edək ki, oktyabrın 2-də İsrail BMT-nin baş katibi Antonio Quterreşin ölkəyə girişini əngəlləyib və onu persona non-qrata elan edib. Bu, BMT tarixində ilk belə haldır. Belə ki,  oktyabrın 1-də BMT-nin baş katibi Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və atəşkəsə çağırıb.

Oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumuna başladığını elan edib.

QAZİLER.AZ

Seçilən
93
qaziler.az

1Mənbələr