AZ

İsrailin Quterreşi “persona non-qrata” elan etməsi siyasi qərardır -BMT

BMT İsrailin baş katib Quterreşi “persona non-qrata” elan etməsinin siyasi qərar olduğunu və BMT personalına qarşı hücumların davamı kimi qiymətləndirildiyini bildirib.

Redaktor.az xəbər verir ki, Gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualları cavablandıran BMT-nin sözçüsü Stefan Dujarrik BMT Təhlükəsizlik Şurası üzvlərinin Quterreşə verdiyi dəstəkdən məmnun olduqlarını bildirib.

Bunun siyasi bir qərar olduğunu deyən Dujarrik bunu BMT personalına qarşı hücumların davamı olaraq da gördüklərini deyib.

Bu qərarın İsrail və BMT münasibətlərinə necə təsir edəcəyinə gəlincə, Dujarrik əməkdaşlığın əməliyyat səviyyəsində davam etdiyini bildirib.

Seymur BƏNNAYEV 

Seçilən
47
redaktor.az

1Mənbələr