AZ

Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq

Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək.

Bu barədə tədbirin təşkilatçılarından olan Öndər.Tv-nin baş redaktoru Ramil Əliyev məlumat verib.

R.Əliyev bildirib ki, qarşılaşma Azərbaycanın Zəfər Günü və Azərbaycan –Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə həsr olunur: “Türkiyənin tanınmış jurnalistləri Azərbaycana 3 günlük səfər gələcəklər. Səfər çərçivəsində bu qarşılaşma baş tutacaq. Yarış oktyabrın 5-də Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Azfar Group”un stadionunda keçiriləcək. Hər kəs oyunu izləməyə dəvətlidir”.

phrase_var_article.chosen
41
18
xalqqazeti.az

10phrase_var_article.sources