AZ

Malili futbolçu "Kəpəz"də

Bakı. Trend:

"Kəpəz" heyətini daha bir legionerlə gücləndirib.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba Gəncə klubununşərəfini qoruyacaq.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O,"Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"kimi komandalarda oynayıb.

Qeyd edək ki, Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətindəTürkiyə Super Liqasında çıxış edib.

phrase_var_article.chosen
109
3
az.trend.az

10phrase_var_article.sources