AZ

Təl-Əviv hücumuna görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb

HƏMAS Təl-Əvivdə tramvayda baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam Briqadaları" sosial şəbəkələrdə açıqlama yayıb.

Təşkilatın bəyanatına görə, terror aktı "Yaffo əməliyyatı" nəticəsində baş verib.

1 oktyabrda iki silahlı şəxs "M-16" tüfəngləri ilə tramvaya daxil olaraq sərnişinlərə atəş açıblar. Daha sonra Yaffa rayonunda yerləşən Qüds prospektində atışma davam edib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub, hər iki silahlı şəxs zərərsizləşdirilib.

İsrailin "Magen David Adom" təcili tibbi yardım xidməti jurnalistlərə bildirib ki, yeddi yaralı müxtəlif dərəcəli xəsarətlər alıb və onlardan bəzilərinin vəziyyəti kritikdir.

Seçilən
11
iqtisadiyyat.az

1Mənbələr