AZ

Bakıda bu ərazidə ev və torpaq sahələrinə maraq artıb - Son qiymətlər/VİDEO

Elan saytlarında ev və torpaq sahələrinin satışının və alışının yüksək səviyyədə olduğu ərazilərdən biri Abşeron rayonunun Mehdiabad qəsəbəsidir.

İqtisadiyyat.az xəbər verir ki, bu ərazidə metro olacağı və s kimi şirnikləndirici məlumatlar qeyd olunur. Lakin Bakının baş planına əsasən həmin ərazidə metro xəttinin istifadəyə verilməsi nəzərdə tutulmayıb. Ərazidə ev alqı satqısı ilə məşğul olan şəxslər deyirlər ki, vətəndaşların müxtəlif səbəblərdən bu əraziyə axın etməsi qiymətlərə də ciddi təsir edib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyib ki, paytaxtın digər ərazilərinə nisbət burada daşınmaz əmlak bazarının canlı olmasına səbəb inrastrukturun inkişaf etməsidir. Üstəlik  Mehdiabad qəsəbəsinin torpağı da digər ərazilərə nisbətən daha məhsuldardır.

Onun sözlərinə görə bu qəsəbə eyni zamanda digərlərinə nisbətən olduqca "gənc" sayılır. Hazırda oradan paytaxtın "Azadlıq", "Avtovağzal", "Ulduz" metrostansiyalarına daimi marşurtlar fəaliyyət göstərir.

Qeyd edək ki, mərkəzi yola və infrastruktura yaxın ərazilərdə torpaqların sotu 15-20 min manatdan, nisbətən uzaq yerlərdə isə 8-10 min manatdan başlayır. Vətəndaş da maraq yaradan digər məqamlardan biri də həmin torpaq sahələrinin çıxarışlı olmasıdır.

Seçilən
1
1
iqtisadiyyat.az

2Mənbələr