ABŞ prezidenti Cozef Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirib.
"Report"un məlumatına görə, onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.
Belə ki, jurnalistlərin müvafiq sualını cavablandıran Bayden qısa olaraq “Yox” deyib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə iri raket hücumu həyata keçirib. Xarici KİV-in məlumatına görə, İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin cavab ola bilər.
Öz növbəsində, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ölkəsinin ərazisindəki nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcəyinə əminliyini ifadə edib.