AZ

Rusiyalı müğənninin qızı Tatyana Plaksina yoxa çıxıb..?

Rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina yoxa çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçinin vəkili Yelena Senina bu məlumatı təsdiqləyib və baş verənləri şərh edib.

O, bütün lazımi tədbirləri gördüklərini bildirib.

...Tanyanı geri qaytarmasaq və günahkarları cəzalandırmasaq, biz-biz olmayacağıq.

Bunu vəkil Senina deyib.

Müğənninin konsert direktoru da Tatyanın yoxa çıxması ilə bağlı məlumatı təsdiqləyib.

Uspenskayanın sözlərinə görə, qızı tez-tez “LPR” və “DXR”-ə getdiyi üçün qaçırıla bilər.

Onun ehtimalına görə, bu “alverçi və narkomanların” da işi ola bilər: Tatyana özü əlaqə saxlamır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə il əvvəl Tatyana qeyri-qanuni maddələrə aludəçiliklə mübarizə aparırdı.

Onu da bildirək ki,xəstəliyə qalib gəlmək üçün o, bir neçə dəfə ixtisaslaşdırılmış klinikalarda müalicə almalı olub.

...Əslində elə, anası Lyubov da,..yox, bu artıq bizlik deyil...

Nazlı Almuradova

Seçilən
23
sia.az

1Mənbələr