AZ

Keşiş Baqrat efirdən Paşinyana TƏPİNDİ: "Siz hökumət deyilsiniz..."

Revanşist keşiş Baqrat Qalstanyan Ermənistan İctimai Televiziyasının efirində Paşinyana müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, aşağıdakıları deyib:

“Siz hakimiyyətə aldatmaqla, qanuni hakimiyyəti ələ keçirməklə, konstitusiya quruluşunu devirməklə gəlmisiniz. Siz hökumət deyilsiniz, hökumət olmaq xalqa xidmət etmək deməkdir, qarşıya qoyulan öhtəlikləri, proqramları həyata keçirmək deməkdir. Mən yenə təkrar edirəm, siz hökumət deyilsiniz. Bu şərin gücü sona çatacaq”.

O, həmçinin yeni mitinqin də  elanını verib: “Bu mübarizə davam etməlidir və biz qalib gələcəyik. Erməni xalqına səslənirəm, oyanmaq vaxtıdır, özünüzə gəlin... Bazar günü, saat 18:00-da sizi Respublika meydanında gözləyirik”.

Musavat.com

phrase_var_article.chosen
98
musavat.com

1phrase_var_article.sources