AZ

Daha bir qlobal epidemiya riski - ÜST-dən XƏBƏRDARLIQ

Ruandada Marburq virusunun ilk halları təsdiqləndikdən sonra dünyanı potensial olaraq epidemiyanın yayılma təhlükəsi gözləyir.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.

Hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.

Ebola virusu ilə eyni ailəyə aid olan Marburq virusu, insanlarda ağır hemorragik qızdırmaya səbəb ola bilər. Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb.

Seçilən
87
4
publika.az

10Mənbələr