Çempionlar Liqasında Liqa mərhələsinin II turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə “Real” səfərdə Fransa “Lill”inə məğlub olub.
“Yuventus” “Leyptsiq”ə, “Liverpul” “Bolonya”ya qalib gəlib.
Gecənin nəticələri aşağıdakı kimidi:
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
2 oktyabr
Şaxtyor (Donetsk, Ukrayna) – Atalanta (İtaliya) 0:3
Qollar: Djimsiti, 21. Lukman, 44. Bellanova, 48.
Jirona (İspaniya) – Feyenoord (Niderland) 2:3
Qollar: D.Lopes, 19. Van de Bek, 73 – Y.Herrera, 23-öz qapısına. Milambo, 33. Kreyçi, 79-öz qapısına.
Liverpul (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar: Makallister, 11. Salah, 75.
Leyptsiq (Almaniya) – Yuventus (İtaliya) 2:3
Qollar: Şeşko, 30; 65-pen – Vlahoviç, 50; 68. Konseysao, 82.
Benfika (Portuqaliya) – Atletik (İspaniya) 4:0
Qollar: K.Aktürkoğlu, 13. Di Mariya, 52-pen. Bah, 75. O.Kökçü, 84-pen.
Dinamo (Zaqreb, Xorvatiya) – Monako (Fransa) 2:2
Qollar: Suçiç, 45+3. Baturina, 66 – Salisu, 74. Zakariya, 90-pen.
Lill (Fransa) – Real (İspaniya) 1:0
Qol: David, 45+3-pen.
Aston Villa (İngiltərə) – Bayern (Almaniya) 1:0
Qol: Duran, 79.
Şturm (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Tsolis, 23.