Soğanın sağlamlığa faydaları çoxdur.
Redaktor.az Medicina.az-a istinadən xəbər verir ki, həm çiy, həm də bişmiş halda tərkibindəki vitaminlər və antioksidanlar sayəsində immunitet sistemini gücləndirir və müxtəlif xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Soğanı çiy və ya yüngül bişmiş yemək daha faydalıdır.
Çiy soğan xüsusilə kükürd birləşmələri və antioksidantlarla zəngindir ki, bu da immunitet sistemini gücləndirməyə kömək edir.
Zeytun yağı və ya limon suyu ilə hazırlanan salatda istifadə edildikdə həzm sisteminə də fayda verir.