AZ

İlham Əliyev generalın rütbəsini və medalını geri aldı

Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram: Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda” medalından məhrum edilsin”, - sərəncamda deyilir.

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü yanvarında külli miqdarda rüşvət almaqda ittiham edilərək saxlanılıb və Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Seçilən
101
10
arqument.az

10Mənbələr