AZ

Ağızda acılıq nədən yaranır və ondan necə qurtulmaq olar?

Ağızda acı dad xoşagəlməz bir hadisədir. Bu bir dəfə baş verərsə çox qorxmuruq, amma acılıq davamlı olarsa, bu barədə düşünmək vacibdir. Ağızda acılığın hansı səbəbdən baş verməsi və ondan qurtulmağın mümkün olub-olmaması barədə mütəxəssislər "Rusiya 1" telekanalında "Ən vacibi haqqında" sağlamlıq şousunda danışıblar.

Bu fenomenin ilk səbəbi qidalanmadır. Yağlı, hisə verilmiş qidalar, qazlı içkilər, yüksək dozada spirt, qəhvə və ya çay ödqovucu təsirə səbəb olur və nəticədə ağızda acı dad yaranır. Bu vəziyyətdə, pəhrizinizi bir az dəyişdirsəniz, bir neçə gün ərzində acı yox olacaq.

Mütəxəssislər bildiriblər ki, digər bir səbəb dərmanların, xüsusən də uzunmüddətli dərmanların qəbuludur. Antibiotiklər, antihistaminlər, diabet üçün dərmanlar və hətta oral kontraseptivlər ağızda acılıq yarada bilər.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
38
ikisahil.az

1Mənbələr