Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə oktyabrın 2-də Minskə rəsmi səfərə gəlib.
Minsk Milli Aeroportunda Azərbaycanın Baş nazirini Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk və digər rəsmi şəxslər qarşılayıblar.
Tarix: 3 Oktyabr 2024, 02:35