“Atletiko”nun hücumçusu Antuan Qrizmann diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, futbolçular oynadıqları idman ləvazimatlarının təchizatçılarından və istehsalçılarından çoxlu pul qazanırlar. Qrizmann üçün bu, hazırda belə deyil. Fransızın səfir olduğu “Puma” ilə müqaviləsinin müddəti başa çatıb.
Qrizmann sözügedən şirkət ilə əməkdaşlığı bitirdikdən sonra yeni tərəfdaş tapmayıb. Əksinə müasir futbolda tamamilə gözlənilməz varianta əl atıb. İndi fransız 65 avroya başa gələn və ən çox yayılmış pərakəndə satış şəbəkələrində satılan "buts"larda çıxış edir.
Onun “Real”la Madrid derbisində geyindiyi “Decathlon” "buts"ları futbol ictimaiyyətinin böyük marağına səbəb olub. Antuanın ucuz idman ayaqqabısından istifadə etməsi müzakirələr yaradıb.