AZ

Meksikada əsgərlərin bir qrup miqranta atəş açması nəticəsində 6 nəfər həlak olub

Bakı. Trend:

Meksikada, Qvatemala ilə sərhəddə yerləşən Çiapas bölgəsindəpatrul xidmətini həyata keçirən əsgərlər tərəfindən açılan atəşnəticəsində altı miqrant həlak olub.

Trend xəbər verirki, hərbçilər yolsuzluq avtomobilləri ilə qaçmağa çalışan 33nəfərlik miqrant qrupuna atəş açıblar. Miqrantlar qanunsuz şəkildəsərhədi keçməyə cəhd edərkən, insident Villa Comaltitlan-Huistlamagistralında baş verib.

Meksika Müdafiə Nazirliyi, dayandırılan furqonda Kuba,Hindistan, Nepal, Pakistan və ərəb ölkələrindən olan 33 miqrantınolduğunu açıqlayıb. Hadisədən sonra iki əsgər xidmətdənuzaqlaşdırılıb və Baş Prokurorluq onların məsuliyyət səviyyəsiniaraşdıracaq, hərbi intizam qaydalarının pozulub-pozulmadığınımüəyyən edəcək.

Seçilən
100
az.trend.az

1Mənbələr