Bakı. Trend:
Məhkəmə, futbol əfsanəsi Dieqo Maradonanın qalıqlarınınBuenos-Ayresdə tikilməkdə olan ictimai məqbərədə dəfn edilməsi üçünşəxsi qəbiristanlıqdan çıxarılmasına icazə verib.
Trend xəbər verirki, Argentina paytaxtının San İsidro məhkəməsi bu qərarı çərşənbəaxşamı, Maradonanın uşaqlarının tələbi əsasında qəbul edib.Məhkəmə, beş övladına "humanitar və emosional səbəblərə görə"Maradonanın qalıqlarını ölkədən çıxarma hüququnu verib.
Əfsanəvi futbolçunun qızlarından biri Dalma Maradona sosialşəbəkələrdə yazıb: "Biz həmişə bilirdik ki, onun yeri xalqarasındadır, lakin təhlükəsizlik tədbirlərinin prioritet olduğunuda başa düşürdük."
1986-cı il Dünya Kubokunun qalibi Dieqo Maradona 2020-ci ildə 60yaşında vəfat edib. Onun cənazəsi Buenos-Ayresdən təxminən 50kilometr şimal-qərbdə yerləşən Jardín de Bella Vistaqəbiristanlığında dəfn edilib.