“Atletiko”nun oyunçusu Robin Le Norman ağır xəsarət alıb.
Madrid klubunun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı ispaniyalı müdafiəçi “Real”la çempionat oyununda (1:1) başından ağır zədə alıb. Tibbi müayinədən keçdikdən sonra onda subdural hematoma ilə travmatik beyin zədəsi olduğu müəyyən edilib. Le Normanın yaşıl meydana qayıtmasının bu növ zədə üçün müəyyən edilmiş protokolda qeyd olunan qaydalara uyğun olacağı bildirilir.
Robin “Atletiko”ya bu yay “Real Sosyedad”dan 40 milyon avroya keçib. O, paytaxt komandasında 8 oyun keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta