AZ

İsrailin Beyruta hücumu azı 6 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

İsrailin Beyrutun Əl-Bəşura məhəlləsinə endirdiyi raket zərbəsinəticəsində azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb. RespublikanınSəhiyyə Nazirliyi daha əvvəl 5 nəfərin həlak olduğu barədə məlumatvermişdi.

Trend-in verdiyixəbərə görə, zərbə dənizdən Livan paytaxtının mərkəzinə aparanSəlim Salam küçəsində tunelin yaxınlığında yerləşən bir binayaendirilib. Raketlər Livan sahillərində yerləşən İsrail Hərbi DənizQüvvələrinə aid gəmilərdən atılıb.

İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub kənarlarınıbombardman etməyə davam edir, partlayış səsləri şəhərin müxtəlifbölgələrindən eşidilir. Müavvad, Ruveys, Haret Horeik və El Mreycməhəllələrinə, Hadas və Şueifat ətrafına, həmçinin Burj əl-Barajnaqaçqın düşərgəsinə hava hücumları barədə məlumatlar daxil olub.

Seçilən
56
az.trend.az

1Mənbələr