AZ

İsrail Livanda ilk itkilər barədə məlumat verib

İsrail ordusu Livandakı döyüşlərdə ilk səkkiz hərbçinin öldüyünü bildirib...

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda şiə Hizbullah hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgərin öldüyü barədə məlumat yayıb.

Poliqon xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” qəzeti yazır.

“Söhbət üç kapitan, üç birinci dərəcəli çavuş və iki baş serjantdan gedir. Onların yaşı 21-23 arasındadır”, deyə nəşr qeyd edir.

Nəşrin məlumatına görə, Livanın cənubundakı kəndlərdən birində “Hizbullah”la atışma zamanı altı israilli komando öldürülüb. Eyni hadisədə daha bir zabit və dörd əsgər ağır yaralanıb.

Binada atışmadan sonra yaralıların təxliyyəsi zamanı yaraqlılar İsrail hərbçilərinə minaatanlardan atəş açıblar, nəticədə daha bir neçə nəfər yaralanıb. Kəşfiyyat bölməsinin iki əsgəri ayrı-ayrı insidentdə həlak olub, bir nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, bir gün əvvəl “Hizbullah” Livanla sərhəddə üç İsrail tankının məhv edildiyini bildirmişdi.

Poliqon.info

Seçilən
228
50
poliqon.info

10Mənbələr