Yaxın gələcəkdə Mali Sahel ölkələrinin alyansı ilə birlikdə BRİKS-ə ərizə təqdim edəcək...
Mali BRİKS-ə qoşulmaqda maraqlıdır və yaxın gələcəkdə Sahel ölkələrinin alyansı ilə birlikdə ərizə təqdim etməyi planlaşdırır.
Poliqon xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyinin rəhbəri Abdoulaye Diop “RİA Novosti” Agentliyinə müsahibəsində danışıb.
“Bəli, Mali maraqlıdır, biz hələ ərizə vermək həddinə çatmamışıq, lakin bu müzakirə rus dostlarımızla, eləcə də bəzi digər BRİKS üzvləri ilə davam edir”, deyə Dior bildirib.
Diop vurğulayıb ki, BRİKS çoxtərəfli dünyanın alternativ modelini təmsil edir və beynəlxalq münasibətlərdə müəyyən balansı təmin edir.
Nazir hesab edib ki, BRİKS həm geosiyasi baxımdan, həm də Malinin səsinin beynəlxalq aləmdə eşidilməsini təmin etmək baxımından maraqlıdır.
“BRİKS o mənada maraq doğurur ki, birlik bizim iqtisadiyyatlarımıza və iş adamlarımıza müəyyən maliyyələşməyə çıxış imkanı verəcək ki, bu, bizim fikrimizcə, ölkəmiz üçün mütləq maraqlı variantdır”, deyə XİN rəhbəri qeyd edib.
Nazir bildirib ki, Mali Burkina-Faso və Nigerlə BRİKS-ə ümumi yanaşmanın işlənib hazırlanmasını müzakirə edir...
Poliqon.info