AZ

ƏRDOĞAN İSRAİLİN HƏRƏKƏTİNƏ BƏRK ƏSƏBLƏŞDİ

"İsrailin Fələstin əraziləri və Livandakı hərbi əməliyyatları tezliklə Türkiyəyə də sirayət edə bilər".

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyəti şərh edən zaman qeyd edib. Türkiyə prezidenti gərginliyin artması fonunda Ankaranı neytrallığa çağıranları tənqid edib. Sitat: "Livandan sonra İsrailin gözünü dikəcəyi yer, düz deyirəm, bizim vətənimiz olacaq. Nəyin bahasına olursa olsun, Türkiyə İsrailə qarşı durmağa davam edəcək. Biz bütün bölgəni alova bürümək istəyən işğal şəbəkəsi ilə üz-üzəyik. Belə bir qırğın zamanı zərrə qədər vicdanı olan hər kəs səssiz qala bilməz. Hitler dayandırıldığı kimi, Netanyahu da eyni şəkildə dayandırılacaq”.

Bölgədə isə gərginlik davam etməkdədir.

Seçilən
12
tezadlar.az

1Mənbələr