AZ

"Avropa İttifaqı məhv ola bilər" - Fransa prezidenti

"Yanlış iqtisadi inkişaf strategiyası yürütməsi və tədricən Çin və ABŞ-dəm geri qalması fonunda Avropa İttifaqı ölə  və yaxud məhv ola bilər".

"Unikal" xəbər verir ki,  Fransa prezidenti Emmanuel Makron "Bloomberg" agentliyinə müsahibəsində Avropa İttifaqının perspektivlərini bu cür qiymətləndirib.

"Aİ ölə bilər, biz çox vacib bir anın astanasındayıq", - deyə Makron ifadə edib. 

Fransa prezidenti qeyd edib ki, Avropa İttifaqının iqtisadi inkişafı modeli düzgün deyil, çünki blok “həddən artıq tənzimləyir və az sərmayə qoyur”,  növbəti iki-üç ildə Aİ iqtisadiyyatda “klassik gündəmə” əməl edərsə, blok nəhayət ABŞ və Çin qarşısında rəqabəti uduzacaq.

Makron hesab edir ki, Vaşinqton və Pekin həm hasilatda, həm də sərmayədə Aİ-dən üstündür və təcili tədbirlər görməsə, Avropa digər ölkələrlə rəqabət apara bilməyəcək.

Gülayə Mecid 

Seçilən
48
50
unikal.az

10Mənbələr