“Lənkəran” heyətinə türkiyəli basketbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bölgə komandası Efe Baykalın transferini rəsmiləşdirib.
1,95 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib.
Bu, debütantın 7-ci legioner transferi olub. Klub indiyə qədər amerikalılar Filmon Qebrihit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton, Ceremi Berrayt və Andre Bolla ilə müqavilə bağlayıb.