AZ

“Forbes” Rusiyanın ən çox zərər edən 10 şirkətini açıqlayıb

“Forbes” ötən ilin nəticələrinə əsasən, Rusiyanın 10 ən çox zərər edən hüquqi şəxsin reytinqini tərtib edib və birinci yeri “Qazprom” tutub. Qeyd olunur ki, şirkətin zərəri biznesin faktiki vəziyyətini əks etdirməkdən daha çox mühasibat xarakter daşıyır, Banker.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Amerikan jurnalının saytında bildirilir ki, reytinq şirkətlərin ötən il dərc etdiyi hesabatlardan istifadə edilməklə tərtib edilib. Qeyd edilir ki, “Qazprom”un zərəri 583.1 milyard rubl təşkil edib. Məqalədə o da bildirilir ki, itkiyə baxmayaraq, şirkətin sabit biznesi var. Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti nəinki azalmadı, hətta 5% artaraq 2023-cü ilin sonunda 2.3 trilyon rubla çatdı.

Reytinqdə ikinci yeri ötən ilin sonunda xalis zərəri 71.9 milyard rubl təşkil edən Amur Qaz-Kimya Kompleksi tutur. “Ozon” 2023-cü il üçün 42.7 milyard rubl xalis zərərlə ilk üçlüyü bağlayır. Jurnalın məlumatına görə, ümumi mənfəətin artması və birdəfəlik xərclərin olmaması səbəbindən şirkətin zərəri 27% azalıb.

İlk onluğa həmçinin Birləşmiş Təyyarə Korporasiyası (34.8 milyard rubl), “VK” (34.3 milyard rubl), “Mejdureşye” ASC (32 milyard rubl), Moskva metrosu (30.7 milyard rubl), “Rusqazdobıça” ASC (30.3 milyard rubl), “Əmanətlərin Sığortalanması Agentliyi” Dövlət Korporasiyası (29.5 milyard rubl) və “Baltika” şirkəti (28.1 milyard rubl) daxildir.

Seçilən
4
banker.az

1Mənbələr