AZ

Messi və Suares ABŞ-da MLS-in çempionu oldu - VİDEO

"İnter Mayami" MLS-in müntəzəm mövsümündə "Columbus Crew"i 3:2 hesabı ilə məğlub edərək erkən qələbəsini təmin edib. Bu nəticə komandaya "Supporters' Shield" kubokunun qalibi olmağa imkan verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı sports.ru saytı yayıb.

Qolları matçda Messi – 45', 45+5', Rossi – 46', Suarez – 48'   və Hernande vurub.

Qeyd edək ki, "İnter Mayami" müntəzəm mövsümün bitməsinə iki tur qalmış 68 xal toplayıb və ən yaxın rəqibini 11 xal qabaqlayaraq Şərq Konfransına başçılıq edir.

Bundan sonra "İnter Mayami" MLS Kuboku uğrunda mübarizə aparacaq. Burada hər konfransdan doqquz (cəmi 18) komanda iştirak edir.

Xatırladaq ki, "Supporters' Shield" kuboku CONCACAF Çempionlar Liqasına vəsiqə verir.

Yada salaq ki, bir il əvvəl Messinin komandası MLS-in pley-offuna belə çıxa bilməyib.
Müntəzəm mövsümün növbəti oyununda “İnter Mayami” “Toronto” ilə qarşılaşacaq.


Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr