AZ

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşir

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi, onların dairəsi və səlahiyyət müddətlərini tənzimləyən normalar müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə (Prezident Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.) uyğun olaraq, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Layihəyə əsasən, Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.

Təklif olunan keçid müddəasına əsasən, bu qanun qüvvəyə minənədək təyin edilmiş Komissiya üzvlərinin 5 illik səlahiyyət müddəti bu qanun qüvvəyə mindiyi gündən hesablanacaq.

Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin ediləcəklər. Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və Milli Məclis Aparatının rəhbərliyi sırasından seçiləcək. Komissiyanın Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olacaq. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçiləcək.

Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam veriləcək:

- öz arzusu ilə

- tutduğu vəzifədən azad edildikdə;

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;

- Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

- vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

phrase_var_article.chosen
66
14
apa.az

10phrase_var_article.sources