AZ

Lionel Messi "İnter Mayami"nin erkən qələbəsini şərh etdi - VİDEO

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Columbus Crew" ilə görüşdən sonra MLS-in müntəzəm çempionatında qazandığı erkən qələbədən danışıb. Görüş 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Messi sosial şəbəkədəki səhifəsində yazıb.

“Birinci məqsədə nail olundu. Biz komandamızla çox qürur duyuruq, birlikdə daha çox şeyə nail olmaq arzusu ilə irəliləməyə davam edirik!!!”, deyə o, qeyd edib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Bu müddət ərzində argentinalı klubda 34 matçda çıxış edib, 30 qol vurub və 17 məhsuldar ötürmə verib.

Daha əvvəl bildirilmişdi ki, bu, Messinin karyerasında 46-cı kubokdur. Ötən il 37 yaşlı argentinalı Amerika klubu ilə Liqa Kubokunu qazanıb.

"İnter Mayami" bundan sonra MLS Kuboku uğrunda mübarizə aparacaq. Burada isə 18 komanda iştirak edəcək.


Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr