"Lill"in baş məşqçisi Bruno Genesio Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Real" üzərində qazanılan sensasiyalı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Genesionun dediklərini belə təqdim edib:
“Futbolu möhtəşəm edən də belə qələbələrdir. Bunlar bizimlə qalacaq anlardır. Mənim üçün ən önəmlisi qol vuranda futbolçuların bunu azarkeşlərlə bölüşdüyü andır.
Oyuna hazırlığımızdan və oyunçularımın tapşırığı necə yerinə yetirməsindən məmnunam. Bu, inanılmaz performans idi. Bu qələbə klub, azarkeşlər, hər kəs üçün böyük mükafatdır.
İlk növbədə yaxşı istirahət etmək lazım idi ki, bunu etmişdik. Bu oyuna sakit başla yanaşmalıydıq. Bütün potensialımızı ortaya qoymalı idik. Yaxşı müdafiə olunmalı və meydandan çəkinməməliydik. Fasilə ərəfəsində qol vurmaq ən yaxşı vaxtdır. Yorğun olanda təzyiqə tab gətirmək çətindir, lakin onlar güclü qaldılar”.
Qeyd edək ki, Fransa təmsilçisi Lill" II tur çərçivəsində "Real"ı doğma meydanında 1:0 hesabı ilə məğlub edib.
Mirağa