AZ

COVID-19 mövsümi infeksiya deyil – Ümumdünya Səhiyyə Təşkilatı

Vətəninfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un patogenlərinin dünyada dolaşmağa davam etdiyini və infeksiyanın mövsümi olmadığını bildirib. Eyni zamanda, təşkilat koronavirus infeksiyasına yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə hallarının əhəmiyyətli dərəcədə azaldığını və bu xəstəliyə qarşı peyvəndlərin effektiv olduğunu göstərir.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək koronavirus xəstəliyi ilə əlaqədar dünyada fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu il sentyabrın 15-nə olan məlumata görə, infeksiyanın yayılmasından indiyədək dünyada 776 milyon 281 min 230 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Ölüm nisbəti 7 milyon 65 min 880 nəfərdir.

Seçilən
70
veteninfo.az

1Mənbələr