ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çin, İran və Şimali Koreyada onlayn məlumat verənləri işə götürmək üçün kampaniyaya başlayıb...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi MKİ-nin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, agentlik özünün X, "Facebook", "Instagram", "Telegram", "LinkedIn" və "YouTube" sosial media hesablarında maraqlı tərəflər üçün agentliklə təhlükəsiz əlaqə saxlamağın yolları ilə bağlı Çin, Frasvə Koreya dillərində video təlimatlar yerləşdirib.
"YouTube"da yerləşdirilən videoların səsi yoxdur və yalnız insanlara təhlükəsiz şifrələnmiş virtual şəxsi şəbəkələr (VPN) və ya onlayn anonimlik üçün nəzərdə tutulmuş TOR brauzerindən istifadə edərək rəsmi vebsayt vasitəsilə MKİ ilə əlaqə saxlamağı tövsiyə edən yazılı təlimatlardan ibarətdir.
"Bizim bu sahədəki səylərimiz Rusiyada uğurlu olub və biz əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim əməkdaşlığa açıq olduğumuzu bilsinlər", deyə kəşfiyyat rəsmisi bildirib.
O əlavə edib ki, MKİ beləliklə avtokratik rejimlərə malik ölkələrdə artan qlobal nəzarətə və dövlət repressiyalarına uyğunlaşır.
Qeyd olunur ki, agentliyi Çin, İran və Şimali Koreyada fəal şəkildə məlumat axtarmağa vadar edən əsas səbəblərdən biri bu ölkələrin hökumətlərinin Rusiyanın Ukraynaya təcavüzünə birbaşa və ya dolayısı ilə dəstək verməsidir.
Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqqu MKİ-nin yeni addımını şərh edərək, Birləşmiş Ştatları Çinə qarşı mütəşəkkil və sistematik dezinformasiya kampaniyası aparmaqda günahlandırıb və bildirib ki, Çin xalqı ilə hakim Kommunist Partiyası arasında təpki yaratmaq üçün istənilən cəhd məğlub olub.
Rusiya, Çin, İran və Şimali Koreya Amerika kəşfiyyat ictimaiyyətində "sərt hədəflər" kimi müəyyən edilir - hökumətlərindən məlumat verənləri tapmaq çətin olan ölkələr.
Poliqon.info