AZ

Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə rəsmi şəxslər, eləcə də ölkəmizdə səfərdə olan Ukrayna iş adamları və yerli sahibkarlar iştirak ediblər.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev və Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ölkələr arasında iqtisadi-ticarət əlaqələri, biznes sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov ticarət və investisiya sahəsində əlaqələr, Azərbaycanda iş adamlarına göstərilən dəstək, İşgüzar Şura çərçivəsində biznes dairələri arasında əməkdaşlıq perspektivləri barədə məlumat veriblər.

Tədbir iş adamları arasında B2B görüşlərlə başa çatıb.

Seçilən
80
vergiler.az

1Mənbələr