AZ

Ölkələr haqqında maraqlı faktlar: İrlandiya

Müəllif: Gülnar Əhmədli, Banco.az

İrlandiya yaşıl vadiləri, dağları və sonsuz mavi səması olan sehrli bir diyardır. Hər addımda daş döşənmiş küçələri, mehriban insanları, adət-ənənələrinə möhkəm bağlı mədəniyyəti ilə özünəməxsus ab-havaya malik ölkə insanın ruhuna birbaşa təsir edir. İrlandiya xalqı min illik tarixindən aldığı zərbələrlə sağ qalıb, bu günə gəlib çatmaq üçün mübarizə aparıb. Bu mübarizə onların sənətində, musiqisində, ədəbiyyatında öz əksini tapır. Bu gözəl ölkə haqqında maraqlı faktları sizinlə bölüşürük:

1. Orta hesabla bir irlandiyalı ildə 131,1 litr pivə içir.

2. Arfa İrlandiyanın rəsmi simvoludur. İrlandiya dünyada yeganə ölkədir ki, onun milli simvolu alətdir.

3. İrlandiya Avroviziya Mahnı Müsabiqəsində 7 dəfə qalib olub.

4. İrlandiyada ilan, köstəbək və ya gəlincik yoxdur.

5. Hellouin öz mənşəyini İrlandiyanın "Samhain" festivalından alır. "Samhain" məhsul mövsümünün sonu və qışın başlanğıcını təmsil edir.

6. İrlandiyalı alim Con Tindal səmanın mavi olmasının səbəbini kəşf edən şəxsdir.

7. İrlandiya əhalisinin 90%-i katolikdir, ancaq onlardan yalnız 30%-i kilsəyə gedir.

8. Dublində hər 100 nəfərə bir pab düşür.

9. İrlandiyadakı "Hook" mayakı dünyanın ən qədim fəaliyyət göstərən mayakıdır. Onun tarixi eramızın 1200-cü illərinə təsadüf edir.

10. İrlandiya torpağı 20-ci əsrin müasir texnikası və gübrələrinə qədər taxılçılıq üçün uyğun deyildi. Buna görə də kartof 17-ci əsrə qədər əsas qida hesab edilmirdi.

11. 1801-ci il yanvarın 1-də Böyük Britaniya və İrlandiya arasındakı ittifaqı xatırlamaq üçün Dublində ilk dəfə Yunion Cek bayrağı qaldırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
17
banco.az

1Mənbələr