AZ

Naxçıvan gömrüyündə ÖZBAŞINALIQ – Vətəndaşlara sözün əsl mənasında zülm edilir

“Bakıdan Naxçıvana göndərilən məmurlar bizlərə qənim kəsilib”

Naxçıvan MR sakinləri tərədindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər məmur özbaşınalığından şikayət edirlər. Onların məktubunu olduğu kimi dərc edirik:

“Bakıdan Naxçıvana göndərilən bir çox məmur sakinlərə qənim kəsilib, bizi yıxıb-sürüyürlər.

Qeyd edək ki, bizə qənim kəsilən insanlar əslən naxçıvanlı deyillər. Məsələn, əhali Sədərək Gömrük Məntəqəsindən keçərək, ailələrinə çörək gətirmək və ya xəstəxanaya getmək üçün Türkiyəyə gedirlər. Gün ərzində 100-150 maşın gedir. Səhər saat 5-dən insanlar evindən çıxaraq sıraya düzülür, birtəhər züllmlə gömrüyü keçirlər. Qayıdanda isə gömrükdə Naxçıvan camaatına əsl divan tutulur. Sakinlərin maşınlarını lazım oldu-olmadı məcburi rentgen edib, şüalandırıb ötürürlər. Dünyada belə yoxlama yoxdur ki, 90 faiz maşın rentgenə salınsın.  Bir söz də demək olmur.  Soruşursan ki, niyə sürücü keçən yer işləmir,  deyirlər Naxçıvan Baş Gömrük İdarəsinin rəhbəri Vüqar Əliyev belə istəyir.

Gömrük qapısı açıqdı, amma bizləri bezdirirlər.

Dilucu Sərhəd Keçid Məntəqəsində, İğdır gömrüyündə də Naxçıvan camaatına hədsiz dərəcədə hörmətsizlik edirlər. Bizi saatlarla növbədə saxlayır, oturub çay içib, oyun oynayırlar. Söz deyən olarsa, təhqir edirlər. Çox biabırçı vəziyyətdir. Halbuki Naxçıvan camaatı hər gün Türkiyədə 10 minlərlə dollar xərcləyirlər.

İğdır valisi, gömrük rəisi gəlir, bir adam demir ki, naxçıvanlıları niyə incidirsiniz? Türkiyə vətəndaşlarına isə heç kəs söz söyləyə bilməz. Nə bu sərhəddə, nə də o biri sərhəddə. Biz naxçıvanlılara isə həm biz tərəf, həm də Türkiyə tərəf zülm edir. Yayda Türkiyə gömrüyündə havalanma olmur, təsəvvür edin, 40 dərəcə isti, hər tərəf şüşə, biz naxçıvanlılar ordan sürünüb keçməliyik?

Bir daha qeyd edək ki, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev əhli-kefin biridir, heç nə vecinə deyil. Qısa müddət ərzində generallığını da alıb, oturub otağında, onu Naxçıvanın “qara camaatı” maraqlandıracaq?!

FUAD

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
43
hurriyyet.az

1Mənbələr