2023-cü ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən Azərbacyanda 15 və yuxarı yaşda olan əhali arasında siqaret çəkən kişilər 31 %, qadınlar isə 0,2 % təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, kişilərin arasında siqaret çəkənlərin 15-19 yaş aralığında 0,2 %, 20-44 yaş aralığında 29,2 %, 45-64 yaş aralığında 44,3 %, 65 yaşdan böyük olanlar isə 30,2 % təşkil edib.
Siqaret çəkən qadınlar isə 20-44 yaş aralığında 0,2 %, 45-64 yaş aralığında 0,2 %, 65 beş yaşdan böyük olanlar isə 0,3 % təşkil edib.
Əvəz Həsənov