AZ

Livan XİN:"Nəsrullah atəşkəslə razılaşıbmış" -

Bu sözləri Livanın xarici işlər naziri Abdullah Bu-Həbib "CNN" telekanalının aparıcı Kristian Amanpura müsahibəsində dilə gətirib.

"Atəşkəsə hökumətimiz də razılıq vermişdi, ancaq hər halda, Nümayəndələr Məclsinin (parlament) sədri cənab Nəbih Bərri şəxsən "Hizbullah"la məsləhətləşmə aparmışdı Bu barədə ABŞ və Fransanı da məlumatlandırmışdıq. Bizə demişdilər ki, İsrailin Baş naziri Benyamin Netanyahu da sazişə razıdır", - nazir vurğulayıb.

("Hizbullah" terror təşkilatının sabiq lideri Həsən Nəsrullah və Livan parlamentinin sədri Nəbih Bərri. Beyrut, 4 mart 2006-cı il)

Onun sözlərinə görə, hətta ABŞ Prezidenti Co Baydenin xüsusi müşaviri Emos Hokşteynin danışıqlar məqsədilə Livana səfəri gözlənilirdi.

(Livanın XİN rəhbəri Abdullah Bu-Həbib və Ağ Evin xüsusi müşaviri Emos Hokşteyn. Beyrut, 14 iyun 2022-ci il)

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrın bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmaları yeni mərhələyə keçirib.
Lapid: "Tehrana cavabımız ağır olacaq"
Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib.

Firudin Həmidli
AzVision.az

Seçilən
11
1
azvision.az

2Mənbələr