Antalya 2024-cü ilin ilk 9 ayında 14 milyondan çox turisti qəbul edərək turizmdə tarixi rekorda imza atıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə şəhərə gələn yerli və xarici turistlərin sayı 8 faiz artıb.
Hafta.az-ın yazdığına görə, Antalyaya ən çox turist göndərən ölkə 3 milyon 245 min 626 ziyarətçi ilə Rusiya olub.
Rusiya 2024-cü ildə liderliyini son illərdə olduğu kimi davam etdirərkən, Almaniya 2 milyon 705 min 103 turistlə ikinci yerdə qərarlaşıb. İngiltərə 1 milyon 298 min 313 ziyarətçi ilə üçüncü sırada yer alıb.
Turizmdəki bu uğur təkcə Avropa ölkələri ilə məhdudlaşmırdı; Polşa, Qazaxıstan, Rumıniya, Niderland, Ukrayna, Çexiya və Slovakiya kimi ölkələr də Antalyanın turizm potensialına böyük töhfə verib.
Antalyanın əldə etdiyi bu rekord Türkiyənin turizm sektorundakı uğurlarını gücləndirib və beynəlxalq bazarda öz cazibəsini qoruduğunu bir daha sübut edib. Xüsusən də Rusiyadan gələn sıx maraq regionun durmadan inkişaf edən turizm mərkəzi kimi mövqeyini gücləndirib.