AZ

İsveçdə dilənmək qadağan edilə bilər

Yazını böyüt
Yazını kiçilt

Mərkəz sağçı hakim koalisiyanın İsveçdə dilənçiliyi qadağan etmək təklifi reaksiyaya səbəb olub.

Hafta.az-ın “Local Sweden”ə istinadən yazdığına görə, radikal sağçı İsveç Demokratları tərəfindən də xaricdən dəstəklənən koalisiya hökuməti, qanun layihəsi çərçivəsində dilənçiliyi qadağan etmək üçün 9 aylıq bir araşdırmaya başlanıldığını açıqlayıb.

İsveç Demokratlar qrupunun lideri Lina Lindberq belə bir qadağanın beynəlxalq konvensiyaları və insan haqlarını pozmadan necə həyata keçirilə biləcəyini araşdırmaq üçün müstəntiq təyin etdiyini bildirib. Bu baxışın nəticələri gələn ilin iyununda İsveç parlamentinə təqdim olunacaq.

Radikal sağçı siyasətçi digər Avropa İttifaqı ölkələrindən də dilənçilik üçün ölkəyə gəldiyini iddia edərək, İsveçin bu məsələdə “Avropanın vicdanı” kimi çıxış edə bilməyəcəyini müdafiə edib.

2010-cu ildən bəri dilənçilərin sayının artdığını və bunun cinayət nisbətlərini artırdığını iddia edən Lindberq belə davam edib: "Bu, yaxşı və tamamilə zəruri bir addımdır. İnsanların Avropanın yarısını gəzərək mağazalarımızın qarşısında dilənçilik etməsi ağlabatan deyil".

Dilənçiliyin qadağan edilməsi ölkənin hakim sağçı koalisiya partiyalarının seçki vədlərindən biri idi.

Stockholms Stadsmission xristian xeyriyyə təşkilatı tərəfindən dərc edilən bəyanatda hökumətin planları tənqid edilib və deyilir: "Dilənməyi qadağan etmək və ya dilənmək üçün icazə almaq, problemi yoxsulluğu qanundan kənarlaşdırmaq üçün boş bir cəhdlə başqa istiqamətə yönəltmək deməkdir. Vəziyyəti yoxsulluğu və ayrı-seçkiliyi aradan qaldırmaqla yaxşılaşdırmaq olar".

Stokholmda yerləşən Vətəndaş Hüquqlarının Müdafiəçiləri qeyri-hökumət təşkilatından Aida Samani hökumətin belə bir addım atacağı təqdirdə qanunu pozacağını müdafiə edib. Samani əlavə edib ki, bu, Avropa İnsan Haqları Konvensiyasında müəyyən edilən və İsveç Konstitusiyasında yer alan yaşamaq və ifadə azadlığı hüququna ziddir.

Digər tərəfdən, dilənçiliyi qadağan etmək cəhdi də hakim koalisiyada reaksiya doğurub.

Hakim koalisiyanın ən kiçik partiyası olan Liberal Xalq Partiyasının parlamentarisi Anna Starbrink Facebook-da paylaşım edərək deyib: "Əvvəllər verdiyim bəyanatın yanındayam və dilənçiliyə qoyulan qadağanı dəstəkləməyəcəyəm”.

Əgər dilənçiliyi qadağan edən qanun layihəsi İsveç parlamentinə təqdim olunarsa, 16 mandata malik üç liberal parlamentarinin “yox” səsi prosesi əngəlləyə bilər. Liberalların baş katibi Yakob Olofsqard da bəyan edib ki, partiya qadağa qanun layihəsi ilə bağlı müzakirələrdə konsensusa gələ bilməyib.

Stokholmun qərbində yerləşən Eskilstuna şəhərində 2019-cu ildə bələdiyyənin qəbul etdiyi qərarla dilənçiliyə icazə verilib. Küçədə dilənmək istəyənlərin üç ay müddətində etibarlı lisenziya üçün 250 İsveç Kronu ödəyəcəyi qərara alınıb.

Seçilən
4
hafta.az

1Mənbələr