Tədqiqatlar göstərir ki, insan sağlamlığının 7%-i səhiyyədən, 20%- i isə ekologiyadan asılıdır.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Qarşıdan gələn COP29 tədbirinin nə dərəcədə əhəmiyyətli olduğu hər birimizə bəllidir. Planet bizim anamızdır, o bizi həm qidalandırır, həm də qoruyur. Ona görə də biz planetimizin qorunmasına xüsusi diqqət ayırmalıyıq. Amma 900 mindən çox flora və fauna tamamilə məhv olub. Planetimizin gələcəyi, həm də biomüxtəlifliyin qorunmasından asılıdır”, - deyə nazir müavini çıxışında bildirib.