AZ

Nazir: İqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsilini pozur

Nazir:

Bakı, 3 oktyabr, AZƏRTAC

Dünyadakı uşaqların təxminən yarısı iqlim dəyişikliyinin təsirləri üçün son dərəcə yüksək risk altında olan ölkələrdə yaşayır.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü günündə çıxışında deyib.

"UNICEF-in 2023-cü il hesabatında qeyd olunur ki, iqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsilini pozur. Amma gənclər fəaliyyət üçün ən güclü səslərdən biridir. COP28-də BƏƏ Konsensusu uşaqları iqlim prosesinin mərkəzinə qoymaqda mühüm mərhələ oldu. COP29 Sədrliyi gənclərin xüsusi ehtiyaclarına davamlı diqqətin təmin edilməsinə sadiqdir. Bu, uşaqların və gənclərin səsini prosesin mərkəzinə qoymaq deməkdir. Həm də bu, onlar üçün nəticələr verən bir proses mənasını ifadə edir", - deyə nazir bildirib.

Seçilən
91
7
azertag.az

7Mənbələr