AZ

Bunu etməklə itlər sizin dediklərinizi ANLAYACAQ

İtlərin beyninin insan nitqini necə qəbul etdiyini və insan səslərinə necə reaksiya verdiyini Cenevrə Universitetinin alimləri araşdırıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, işin nəticələri PLOS Biology (PLOS Bio) elmi jurnalında dərc olunub.

Komanda beş dildə danışan 27 nəfərin başqa insanlarla danışmasını və itlərlə danışan 22 nəfərin nitqini təhlil edib. Beyin reaksiyalarını öyrənmək üçün elektroensefaloqrafiyadan (EEQ) istifadə edilmişdir.

Məlum olub ki, insanlar saniyədə dörd heca çıxarırlar, itlər isə saniyədə təxminən iki səs sürəti ilə hürür, sızlayır, yəni insan nitqi itlərin ünsiyyət üçün çıxardığı səslərdən təxminən iki dəfə sürətlidir.

Müəlliflər təklif edirlər ki, insanlar itlərlə alışdıqlarından daha yavaş danışsalar, ünsiyyət daha aydın və hər kəs üçün daha xoş olacaq.

Seçilən
18
medianews.az

1Mənbələr