AZ

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn oxucularla görüşüb

Bakı, 3 oktyabr, AZƏRTAC

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dünyaşöhrətli irlandiyalı yazıçı Con Boynla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın 46 dilinə tərcümə edilən 25 kitab müəllifi olan irlandiyalı yazıçı yerli oxuculara əsərləri haqqında məlumat verib, sualları cavablandırıb.

Oxumağa gənc yaşlarından başlayan Con Boyn burada gənc oxucuları görməkdən məmnunluğunu ifadə edib. “Mənim əsərlərim həm böyüklərə, həm də balacalara xitab olunur. Bunlardan biri “Zolaqlı pijamalı oğlan” romanıdır. Müharibə dövrünə aid bir çox kitablarım var. Çünki müharibə dövründə uşaqların çəkdiyi əziyyəti ictimaiyyətə çatdırmaq, onların necə əzab yaşadıqlarını göstərmək istəyirəm. Ümid edirəm ki, gənc oxucular mənim yazdığım kitablar vasitəsilə həmin dövrdə baş verənləri dərk edə biləcəklər", - deyə o əlavə edib.

Boyn yazıçı kimi karyerasına 1990-cı illərdə müxtəlif jurnallarda və qəzetlərdə əsərlərini nəşr etdirərək başlayıb. 2000-ci ildə ilk romanı "Trassat" işıq üzü görüb. Lakin əsl uğur ona 2006-cı ildə nəşr olunan "Zolaqlı pijamalı oğlan" romanı ilə gəlib.

Görüşün sonunda yazıçı ilə imza saatı keçirilib.

Seçilən
3
azertag.az

1Mənbələr